DUET TECHNOLOGIES HAQQINDA MƏLUMAT

Şirkət haqqında

Əziz dostlar!

Şirkətimizin başlıca aktivi - əməksevər insanlar, savadlı əməkdaşlar, etibarlı tərəfdaşlar və sadiq tədarükçülərdir. Bütün bu insanlar öz işgüzar münasibəti ilə şirkəti gündəlik olaraq seçilən istiqamət üzrə irəliliyə doğru apararaq perspektiv planları hazırlamağa, şirkətin prinsiplərini həyata keçirməyə və aparıcı mövqeyi tutmağa yardımçı olurlar. Bu gün biz bazarda liderlik, bu bizim işgüzarlığımız, xarici faktorlara yayınmadan, rəqiblərin arxasınca boyanmadan və dayanmadan işəməyimiz sayəsində mümkün oldu. Sadəcə bizim başqa işlərə zamanımız çatmırdı.

Bu gün də nailiyyətlərimiz kifayətlənmək və əldə etdiyimiz ilə qane olmaq barədə fikirləşirik. Həmişə irəliyə doğru hərəkət etmək lazımdır, yalnız o zaman irəliləyiş gözləniləndir. Bizim şirkət, burada işləyən və onunla əməkdaşlıq edən insanlar həmişə bu şüarı gözləyir. Məhz bunun üçün biz mükəmməl nəticələr əldə etmişik, lakin bir yerdə dayanmaq niyyətində deyilik və müvəffəqiyyətə aparan daha uzun yollar çəkmək fikrindəyik.

Şirkətimizlə əməkdaşlığı yüksək qiymətləndiririk və Sizin bizimlə uzunmüddətli əməkdaşlığınıza ümid edirik!

KEYFİYYƏT ƏSAS GÖSTƏRİCİDİR


Tarixçəmiz

Duet Şirkəti 1995-ci ildə təsis edilmişdi. Şirkətin təsisçiləri onun başlanğıcının əsasını qoyan, hal-hazırda onun fəaliyyət və inkişafında fəal iştirak edən şəxslərdir. Mövcud olduğu təxminən iyirmi il ərzində Şirkət özəl, kommersiya və dövlət sektoru sahəsində dərin təcrübəyə, yeni biliklərə və nüfuzlu səlahiyyətə irsən yiyələnmişdiri. Dünyanın istənilən nöqtəsində olan tərəfdaşlarımızın biz tərəfdən işlənən layihələri bizim Şirkətə istər Respublikamızda, istərsə də xaricdə yüksək rəqabətlilik qabiliyyətini təmin edir.

Duet Şirkəti mühəndis və informasiya təhlükəsizliyi, SKS, İT, proqramlaşdırma sistemləri, həmçinin müxtəlif miqyaslı və mürəkkəblilik dərəcəsinə malik elektrik və elektronika sahəsində  müasir, çevik və etibarlı lokal sistemlərdən coğrafi əhatə dairəsinə malik ofisləri olan iri müəssisə ölçüləri miqyasında mürəkkəb və əzəmətli qərarların geniş spektrli çözüm yollarını işləyib hazırlayır və tətbiq edir.

 

 

Bu gün Duet Şirkəti ön mövqelərdə dayanaraq şəxsi texniki işçi heyətinin - yüksək ixtisaslaşmış mühəndislərinin tükənməz ruh yüksəkliyi ilə, sabahı günün istənilən çağırışını qəbul etməyə hazırdır.

 

 

 


Bizim missiyamız və məqsədlərimiz

Bizim diləyimiz - bizim işimiz: dünyanın inkişafı üçün innovativ sistemləri yeritmək, düzgün qərarlar qəbul etmək və keyfiyyətli xidmət göstərməkdir. Daha müasir və gözəl dünya yaratmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan insanlara yardım etmək istəyirik. Bizim qarşımızda qoyulan vəzifə nə qədər qəliz və heysiyyətli olarsa, onu icra etmək bir o qədər xoş və maraqlıdır. Biz xidmət spektrini təqdim edən bazarda öndə gedən şirkət olmağa çalışırıq və buna nail olacağıq.  

 


Prinsip və dəyərlərimiz

 


Fəaliyyət sahələrimiz


Təqdim olunan xidmət sahələri

Duet Şirkəti mühəndis və informasiya təhlükəsizliyi, İT, o cümlədən müxtəlif miqyaslı və mürəkkəblilik dərəcəsinə malik elektrik və elektronika sahəsində növbəti xidmətlər spektrini təqdim edir.


Qlossary

MYS –          Mühafizə Yanğın Siqnalizasiyası

GNİS–           Girişə Nəzarət və İdarəetmə Sistemi

VMS –          Video Müşahidə Sistemi

SKŞ –            Strukturlaşmış Kabel Sistemi

LHŞ –           Lokal Hesablama Şəbəkəsi (LAN)

UPS –           Fasiləsiz Qüvənlik Sistemi (Uninterruptible Power Supply)

KSVS -          Konstruktor Sənədləşməsinin Vahid Sistemi

VESDA -      Erkən Tüstünü Aşkaretmə Sistemi (Very Early Smoke Detecting Aspirator)

 


Çözümlər

Duet Şirkəti aşağıdakı fəaliyyət sahələri üçün hazır çözüm yollarını təqdim edir:

Neft və qaz sektoru üçün:

 

Gəmiqayırma və loqistika sektoru üçün:

 

 

Təchizat və qida sektorları üçün:

 

Dövlət müəssisələri üçün:

 

Banklar və biznes üçün:

 

 

Özəl sektor üçün:

 

 


Keyfiyyətə nəzarət və zəmanət öhdəçiliyi

 

Layihələri Şirkətin müştərilərinə təqdim etməzdən öncə Duet Şirkətinin rəhbərliyi tərəfindən hazır məhsulun keyfiyyətinə yoxlanma və nəzarət aparılır. Norma və standartlardan sapma halları, həmçinin nöqsanlar aşkar edildikdə məhsul təkrar işlənməyə göndərilir. Montaj qrupları və briqadalardan sona çatmış işlərin təhvil alınması yalnız keyfiyyətə nəzarət və beynəlxalq norma və standartlara uyğunluğu üzrə yoxlama aparıldıqdan sonra mümkündür. 

Sifarişçinin istəyi ilə Duet Şirkəti keyfiyyətə və əməyin təhlükəsizliyə nəzarət edən -kənar şirkəti dəvət etmək və onun nəzarəti altında işləmək imkanına malikdir. Bu halda işlər sona çatdıqda sifarişçi beynəlxalq norma və standartlara uyğun olan məhsulun uyğunluq sertifikatını ala bilər.

 Bütün rəsmi təchiz olunan sistemlərə 1 ildən 3 ilədək zəmanət müddəti müəyyən olunur. Zəmanət müddəti Şirkət və Sifarişçi arasında təhvil-təslim aktı imzalandığı andan başlanır.

Duet Şirkəti təchiz olunan sistemlərdə və onların komponentlərində keyfiyyətsiz materialların, yığılma və qablaşmada açıq və görünməyən istehsal defektlərinin olmayacağına zəmanət verir.  İstehsalçının günahı üzündən yaranmış defekt aşkar edildiyi hallarda Duet Şirkəti  aşkar olunmuş nöqsanları Zəmanət öhdəçiliyində və İstehlakçıların hüquqların qorunması haqqında Qanunda nəzərdə tutulmuş qaydada aradan qaldırılması üzrə öhdəliyi öz üzərinə götürür.

Zəmanət öhdəliklərinə müvafiq olaraq,  Duet Şirkəti öz seçiminə uyğun – yeni və ya zavod  şəraitində bərpa edilmiş hissəlıri və detalları istifadə etməklə məmulatın təmirini və ya onun yeniləri yaxud təmir olunmuş məmulatla əvəzlənməsini həyata keçirəcəkdir.

Zəmanət müddəti bitdikdə Duet Şirkəti zəmanətdən sonra xidmət göstərmək və reqlament servis işlərini həyata keçirmək imkanına malikdir. Şirkət servis və zəmanət işlərinin keyfiyyətli, cəld və etibarlı yerinə yetirilməsinə zəmanət verir, həmçinin sıradan çıxmış və ya aşınmış qovşaq və detalların təchiz öhdəliyini üzərinə götürür.

 


Layihələrin icra müddəti

 

 

Layihələrin icra olunma və qarşıya qoyulmuş tapşırıqların tam yerinə yetirilmə müddəti obyektin və quraşdırılan sistemlərin qəlizliyində və müşayiət olunan fors-major hallarından asılıdır. Tərəflər arasında bağlanmış müqavilədə icra olunma müddət göstərilərsə, şirkət onun tərəfindən baş verən istənilən gecikmə halına görə məsuliyyət daşıyır.

Şirkət layihənin icrasını ideal şəraitdə nizamlayıb:

 

Neft və qaz sektoru üçün:

 

Gəmiqayırma və loqistika sektorları üçün:

 

Təchizat və qida sektorları üçün:

 

Dövlət müəssisələri üçün:

 

Banklar və biznes üçün:

 

Özəl sektor üçün:

 

Bizim müştərilər və həyata keçmiş layihələr

 

Neft və qaz sektoru

 

Duet Şirkəti 2018-2109 illərdə Azərbaycan Respublikası Heydər Əliyev adına olan Neft Emal Zavodunda Yangın Aşkaretmə Siztemi quraşdırıb uğurla vaxtında təhvil vermişdi. Ərazi 7 müstəqil sahələrə bölünüb müasir təhlükəsizlik avadanlıq ilə təchiz olunmuşdur. Həmin ərazilər birləşdirilib bir İdarə Pultundan nəzarət və idarə olunur.

Yanğın Aşkaretmə Sistemi istehsalın vacib həyat dəstəyi olan sistemləri ilə inteqrasiya olunub. Fasiləsiz Enerji Sistemi (UPS), tüstü və t’miz hava ventilyasiya sistemi (Dempfer), həmçinin də İstehsalat Prosesslərin Nəzarət Sistemi da həyacan zamanı Yanğın Aşkaretmə Sistemi ilə birbaşa nəzarət olunur.

 

Duet Şirkəti 2004–cü ildən etibarən bu günə qədər server və şəbəkə avadanlığının quraşdırılması və xidmət göstərilməsi sahəsində xidmətlərini təklif edir. Şirkətimiz HP, IBM və Dell serverləri kimi avadanlıqlara, server və kommunikasiya dayağlarında, sənaye və UPS server  sistemləri sahəsində xidmət göstərir. Həmçinin biz Şirkətə sonlu istifadəçilərin kompüter avadanlığı, ofis avadanlığı və rabitə vasitələrinə xidmət göstərilməsi sahəsində xidmətlər paketimizi təklif edirik. İşimiz gücləndirilmiş nəzarət altında, ciddi şəkildə qeyd olunan müddətə, tamamilə BP HSE standartlarına uyğun yerinə yetirilir.

Mühəndislərimizin səyi nəticəsində 2007–ci ildə Şirkətin ehtiyat məlumat mərkəzinin yaradılması ilə bağlı layihə uğurla həyata keçmişdir. Layihəyə uzun müddət sərf olundu və özündə istər yeni avadanlığın quraşdırılması, həmçinin istifadə olunmuş avadanlığın demontajı və daşınmasını birləşdirdi. Layihə uğurla başa çatmış və bu günə qədər hazırki Ehtiyat Mərkəzi fəaliyyətini davam etdirir.

2007 - 2008–ci illərdə bizim tərəfimizdən Şirkətin bütün ofislərində, o cümlədən Tbilisi şəhərində yerləşən ofis daxil olmaqla Patch Panel Rebuild layihəsini uğurla həyata keçirmişdir. Bu layihə çərçivəsində şirkətin bütün passiv kommunikasiya avadanlığı yeni layihəyə və şəbəkə avadanlığının sazlanmasına əsasən qısa müddət ərzində tamamilə yenilənmişdir. Layihənin həyata keçirildiyi müddət ərzində lazımi ölçüdə və tələb olunan miqdarda kommunikasiya kabelləri şirkətin ixtiyarına verilmişdir.

2013–cü ildə Şirkət Port Baku-da yerləşən yeni ofisinə köçdükdə bizim işçi heyətimiz tərəfindən Şirkətin öncəki  ofislərindən bütün server və şəbəkə avadanlığı Xazar Centre köçürülmüşdür. Qarşıda qoyulmuş tapşırığın spesifikliyinə və işlərin gecə vaxtı təcili qaydada yerinə yetirməsinə baxmayaraq  bu layihə uğurla və vaxtında icra olunmuş və hal-hazırda tərəfimizdən quraşdırılan avadanlıqlar lazımi qaydada işləyir.

2012 –ci ildən etibarən bu günə qədər Şirkətimiz BP Exploration Caspian Sea–nın podratçısı qismində video müşahidə sistemlərinin və audio-video sistemlərinin quraşdırılması sahəsində xidmətlərini təklif edir. İşçi heyətimizin səyi nəticəsində indiyə qədər IOCOM və Polycom təchiz olunmuş 300-ə yaxın video müşahidə sistemləri, xeyli sayda PTZ video kameralar, LCD, TFT və LED monitor və ekranları, həmçinin proyektor və mikrofonları quraşdırılmışdır.

 Yalnız 2013–cü il ərzində Şirkət Port Baku-da yerləşən Xazar Centre yeni ofisinə köçdükdə bizim şirkətimiz tərəfindən 295 monitordan ibarət 185 yeni video konfrans sistemləri quraşdırılmış, xeyli sayda işləyən sistemlər sökülmüş və daşınmışdır. Layihədə Duet Şirkətinin işçi heyətindən 16 nəfər şəxs qeydə alınmışdır ki, onlar bütün sistem standartlarına və tələblərinə əsasən bu layihəni qısa müddət ərzində həyata keçirməyə çalışmışdır. Bugünkü gündə Şirkətimizin mühəndis heyəti tərəfindən Şirkətin regionlarda yerləşən müxtəlif  ofislərində, həmçinin BTC neft və qaz kəmərlərinin nasos stansiyalarında, terminallarda və üzən qazma qurğularda yerləşən 300-ə yaxın video müşahidə sistemlərinə xidmət göstərilir.

2013–cu ilin sonunda Şirkətimiz tərəfindən Neftchala Operating Company Şirkətinin yer üstü neft mədənlərinin video müşahidə sistemləri ilə təminatı üzrə layihə həyata keçirilmişdir.  Şirkətin qarajlarında (Nəqliyyat Xidməti), anbarlarında və neft mədənlərində bir neçə sistem quraşdırılmışdır. Sistemin mükəmməl layihələşdirilməsi və montaj briqadamızın gərgin əməyi nəticəsində xeyli dərəcədə neft mədənlərindən uzaq olan və yer səthində, xam neft gölməçələrində quraşdırılan sistem videokameraları internetə çıxışı olan istənilən kompüterə onlayn rejimində dəqiq təsvirlər ötürür.

2012-ci ildə Şirkət AzMeCo zavodunun təhlükəsizlik sistemləri ilə təminatı üzrə layihədə fəal iştirak edib. Bizim gücümüz hesabına ofislərin yanğın siqnalizasiya sisteminin, CO2 и FM200 qazları əsasında elektrik yarımstansiyanın avtomatik yanğın söndürmə sisteminin, server otağında VESDA və idarəetmə sisteminin, həmçinin istehsalat sahəsində, çənlərdə və dəmir yol stansiyasında  toksiki qazların deteksiya sisteminin montajı üzrə işlər aparılmışdır. Sistemin özü 5 iri sahəyə bölünmüş və 3 km2 artıq sahəni əhatə etmişdir. Bizim tərəfdaşımız olan Amerikanın məşhur Honeywell şirkəti tərəfindən zavodun avtomatikası avadanlıq və proqram təminatı əsasında  qurulmuşdur.

 

Gəmiqayırma və logistika

2018-2019 illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) Suraxanı adlı tanker-gəminin içində müasir texnoloji və interaktif muzey yaradılması qərara gəlib.

Duet Şirkəti tərəfindən həmin muzeydə təhlükəsizliyi təmin edən videomüşahidə və Həyacan İctimai Elan Sistemi yaradılmışdır.

Daxili və harici, həmçinin də priçal üçün smart işıqlandırma sistemləri də Duet Şirkəti istedadlı peşakar mühəndisləri tərəfindən yaradılmışdır. Həmin sistemlər müasir DMX protokol üzərində layihələndirildi və quraşdırıldı

Həmin gəmidə muzey eksponatlarına aid olan bütün müasir smart interaktiv avadanlıqlar bizim gücümüzlə inşa edildi. Eksponatların arasında dünyada analoq olmayan 360% virtual reality platforması inşa olunmuşdur.

1956-çi ildə ikl dəfə suya salınan, 2018-2019 illərdə təm bərpa-rekonstruksiya olunan tanker-gəmidə bütün elektrik işləri (işıqlandırma və avadanlığın qidalanması), həmçin də UPS bizim tərəfimizdən quraşdırılmışdır. Bütün işlər ümumdünya gəmiçilik standartlarına uyğun olaraq vaxtında və keyfiyyətli təhvil verilmişdir.

 

Təchizat və qida sektoru

2016-cı ildən Bravo brendli Supermarketlər Şəbəkəsi üçün (Azərbaycan Supermarket MMC) təhlükəsizlik sistemlərinin layihələndirilməsi, montaj və quraşdırılması, həmçinin də satışdan-sonra servis xidmətləri bizim tərəfimizdən görülür.

Müasir İP kameralar və NVR-lar əsasında inşa edilən videomüşahidə sistemi bizim tərəfimizdən layihə edilmişdir. Sistemlərin layihələri satış nöqtələrinə aid olan tələbləri, və Şirkətin korporativ prinsiplərini  nəzərə alaraq tətbiq edilmişdir. Təsdiq olunan standartlar və konfiqurasiyalar korporativ standart olaraq bütün brançlara tətbiq edildi.

Hal hazırda, 3000 ədəddən çox kamera, 100 ədəd NVR bizim servis xidmətimizim əsasında Bravo Supermarketlər şəbəkəsi üçün çalışır. Kameraların yazıları 3,000 Terabayt həçmində olan disk massivlərində saxlanılır.

Həmin Müştəri üçün həmçinin biometrik texnoloqiyalarında əsasını tapan Elektron Giriş Nəzarət Sistemi tətbiq edilmişdir. Daimi nəzarət altında saxlanılan sahələr (server və kommunikasiya otağları, anbarlar, cash-roomlar və s.) müasir texnologiya malik olan sistemlər ilə idarə olunur.

Brançlarda, Distribution Centerda və Baş Ofisdə gündəlik tələb olunan elektrik işləri da bizim tərəfimizdən icra olunur. İşıqlandırma, avadanlıqları elektrik və UPS ilə təchizi, həmçinin də əlavə olan elektrik üzrə işləri bizim tərəfimizdən həyata keçirikir.

Şirkətin lokal şəbəkələri, o cümlədən Wi-Fi giriş nöqtələri, kompüter, server və printerllər üçün kabel-prızlar, patç panellər də bizim gücümüz əsasında inşa edilir.

Bir sıra Bravo Marketlərində Duet Şirkətin tərəfindən İşqal Aşkaretmə Sistemlər quraşdırılıb. Həmin sistemlər ölkəmizdə olan Mərkəzləşdirilmiş Mühafizə Polisi standartlarına uyğundur.

2013-cü ildə Duet Şirkəti tərəfindən  160 videokamera, 12 monitor və 12 DVR sistemi əsasında VMS sistemi quraşdırılmışdır. Sistem demək olar ki, zavodun bütün sahəsini, o cümlədən istehsalat sahələrini 452 hektar ərazini əhatə edir. Layihənin mürəkkəbliyi və geniş miqyaslı, həmçinin cəmi 6 əməkdaşdan ibarət kiçik briqada heyətinin olmasına baxmayaraq sistem bütövlüklə 3 ay ərzində təhvil verilmişdir. Bugünkü gündə də quraşdırdığımız avadanlıq lazımi qaydada işləyir.

 

Dövlət müəssisələri

2019-2020 illərdə Bakı şəhərində və Abşeron yarımadada yerləşən və Azərişıq QSC məhsus olan obyektlər müasir Elektron Giriç Nəzarət Sistemi ilə təchiz olunmuşdur. Obyektlərin arasında ofislər (Baş Ofisi daxil olmaqla), tədris mərkəzlər, yarımstansiyalar, anbarlar və emalatxanalar daxildir.

Fiziki olaraq giriş-çıxışı məhdudlaşdırılan tripod tipli turniketlər, kalitkalar və mexaniki çəpər (surahilər) təmin edir.

Loqik (texnoloji) olaraq giriş-çıxış biometrik terminal, kontroller və proqram təminatı tərəfindən idarə olunur.

Bu layihədə 26 nəzarət nöqtəsi olan və 5000 nəfər personalı tənzimləyən sistem həyata keçirilnişdir. Həmin sistem həm personalın giriş-çıxışı, həm də onların iş vaxtı (time attendance) nəzarət və idarə edir.

2015-çi ildən başlayaraq Duet Şirkəti Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsi (Hospital) üçün aşağıda qeyd olunan sistemlərini texniki xidmət göstərir:

Qeyd olunan sistemlər üçün daimi olaraq texniki dəstək, servis xidmətləri, həmçin də yeni layihələr həyata keçirilmişdir. Xidmət zamanə sıradan çıxan sistemlər yeni müasir sistemlər ilə əvəz edilmişdir və işlək vəziyətdə saxlanılırdı.

 

Banklar və biznes

2006-cı ildən 2012-ci ilədək  biz tərəfindən coğrafi baxımdan 17 – dən artıq bank filiallarında (VMS, MYS və GNİS) təhlükəsizlik sistemləri, o cümlədən telefon, LHŞ və UPS qüvənlik şəbəkələri instalyasiya olunmuşdur (quraşdırılmışdır). Bizim köməyimizlə  400-dən artıq videokameradan ibarət mərkəzi video müşahidə şəbəkə sistemi, həmçinin MYS yaradılmış və hal hazırda xidmət göstərməkdədir. 25 – dən çox  bankomat ofisdən idarə etmə imkanı verən video müşahidə sistemi ilə təchiz olunmuşdur. Lokal şəbəkə 900 artıq istifadəçiyə xidmət etməyə imkan verir.

2013-cü ildə Duet Şirkəti tərəfindən Bankın Baş Ofisində 300 – dən çox nöqtəli LHŞ və 900 - dən artıq nöqtəli UPS qidalandırma şəbəkə quraşdırılmış və xidmət göstərir. O cümlədən GNİS  iki turniket və iş vaxtının hesablanma sistemi bazasında quraşdırılmış və xidmət göstərir.

2006-cı ildən başlayaraq bizim şirkət tərəfindən 50–dən artıq bank filiallarında (VMS, MYS və GNİS) təhlükəsizlik sistemləri, həmçinin LHŞ, UPS qüvənlik şəbəkələri quraşdırılmışdır. 700-dən artıq videokamera əsasında mərkəzləşdirilmiş şəbəkə video müşahidə sistemi, həmçinin MYS sistemi yaradılmış və xidmət göstərməkdədir. 50-dən çox  bankomat ofisdən idarəedilən video müşahidə sistemi ilə təchiz olunmuşdur. Lokal şəbəkəsi 1500 artıq istifadəçiyə xidmət göstərmək imkanı yaradır.

 

 

 

 

2012-ci ildə Avtoinvest Bankın filialında bizim mütəxəssislərin səyi nəticəsində LHŞ, o cümlədən təhlükəsizlik sistemləri (VMS və MYS) quraşdırılmış və xidmət göstərmişdir.    

 

Özəl sektor


Komandamız

 

 

Duet Şirkətinin texniki heyəti 3 ildən 16 ilədək iş təcrübəsinə malikdir. Bugünkü gündə bizim mütəxəssislərimiz tərəfindən yüzlərlə layihələr həyata keçirilmiş və obyektlər istismara verilmişdir.

Bizim əməkdaşlarımız əmək intizamının və işgüzar etiketinin bütün qaydalarına riayət edir. Şirkətin rəhbərliyi tərəfindən heyətin iş yerlərində davamiyyətinə ciddi nəzarət edilir, iş vaxtı hesaba alınır.

Şirkət işçiləri rejimli obyektlərdə iş təcrübəsinə malikdir. Konkret yerlərdə bilavasitə öz vəzifələrinin icrasına, o cümlədən məxfilik və gizlilik rejiminin gözlənilməsinə Duet Şirkəti zəmanət verir.

Duet Şirkətinin bütün əməkdaşları istehsalatda əmək təhlükəsizliyi qaydalarına ciddi riayət edir.  Şirkət neft və qaz sektorundakı bir sıra şirkətlər kimi yüksək səviyyəli əmək təhlükəsizliyinə malik şirkətlərlə uzun illik əməkdaşlıq təcrübəsinə malikdir

Şirkətin işçi heyəti intizamlıdır və  öz müştərilərinə təhlükəsiz xidmət göstərmək üçün xüsusi təlim keçmişdir.

İri və təcili quraşdırma işlərini həyata keçirdikdə şirkət ehtiyac duyulan sayda subpodratçını işə  cəlb edir.


Forum

      Şirkət tərəfindən layihələrin reallaşması zamanı hansı müşayiət sənədləri təqdim olunur?

      Şirkət Sifarişçilərə aşağıda sadalanan layihə sənədlərini təqdim edir:

Bütün təqdim olunan çertyojlar standartlara müvafiq şəkildə (Autocad) professional proqram təminatı vasitəsilə yaradılır

 

-              Şirkət qabaqcadan ödəmə aparılmadan işləyə bilərmi?

-              Bəli.  Duet Şirkəti öz daimi Müştəriləri üçün, işləri layihəni əvvəlcədən maliyyələşdirmədən də həyata keçirir.

 

-              Şirkət xaricdə işləmək imkanına malikdirmi?

-              Bəli, Şirkət regionun siyasi sabitliyi və ezamiyyət xərclərinin ödənilməsi şərtilə xaricdə qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək imkanına malikdir.

 

-              Şirkətin dinamik genişlənmə imkanı varmı?

-              Bəli, təcili işlər meydana çıxdıqda Şirkət layihənin icra müddəti ərzində ştata peşəkar muzdlu əməkdaşların qəbulunu tətbiq edir. Misal üçün, 2013-cü ilin ortalarında layihəni vaxtından əvvəl bitirmək zəruriyyəti yarandığından  şirkət 20-dən artıq əməkdaşı muzdla işə                cəlb etmişdir.

 

-              Şirkət qeyri iş (gecə) müddətində, o cümlədən bayram və istirahət günlərində xidmət göstərirmi?

-              Bəli, Şirkət öz müştərilərin rahatlığı naminə fəaliyyətinin əksər hissəsini qeyri iş müddətində həyata keçirir.

 

-              Əməyin təhlükəsizliyi

-              Duet Şirkətinin əməkdaşları mütləq qaydada əməyin bütün təhlükəsizlik qaydalarına riayət edirlər. Şirkətin rəhbərliyi  vaxtaşırı istehsalat təhlükəsizliyi mövzusunda seminarlar və treninqlər keçirir və bu öz nəticələrini verir - Şirkətin mövcud olduğu 20 il ərzində heç bir bədbəxt hadisə faktı qeydə alınmamışdır. Montaj işləri aparıldıqda Şirkət əməkdaşları uniforma, qoruyucu çəkmə, eynək, kaska və əlcək geyinir, həmçinin onlara nasaz alətlərdən istifadə etmək, qoruyucu örtükləri və izolyasiyanı demontaj etmək qadağan edilir. Həmçinin nərdivanların, taxta bəndlərin, sütunlardan istifadəsi, hündürlükdə və çətinliklə keçilən yerdə işlərin aparılması zamanı bütün lazımi təhlükəsizlik qaydalarına riayət edilir.

 

-              Korrupsiya əleyhinə polis

-              Şirkət əsas rəhbər sənədlərdən birinə korrupsiya əleyhinə polislə təmin olunub. Duet Şirkətinin bütün əməkdaşları bu sənəd barədə məlumatlandırılıb və şirkət rəhbərliyi tərəfindən vaxtaşırı olaraq maarifləndirici söhbətlər və iclaslar keçirilir.

 

-              Şirkətin xidməti binası varmı?

-              Bəli, Şirkətin əsas ofisi, o cümlədən anbar və emalatxanası vardır. Layihənin reallaşması müddətində geniş miqyaslı işlər olduqda əlavə anbarlar icarəyə götürülür.


Kontaktlarımız:

111, Fətəli Xan Xoyski

Bakı, Azərbaycan

Tel:        +994     12 564 07 51

Fax:       +994     12 564 07 52

Mob:     +994     50 320 70 86

 

Web:     www.duet.az

Email:  office@duet.az